Avstraliya Ukraynaya zirehli texnika göndərəcək 
    
                          
     
                         19.05.2022
 
    
                        Avstraliya hökuməti Ukraynaya yeni silah partiyasının verilməsi qərarını təsdiqləyib.
Bu barədə "Australian Defence Magazine” məlumat yayıb.
Yeni silah partiyası 14 ədəd M113 zirehli transportyor və 20 ədəd "Bushmaster” zirehli texnikasından ibarətdir. Göndəriləcək texnikaların ümumi dəyəri 60 milyon dollardır.