27 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şəhərin mərkəzində “gəzən heykəl”i şillələyən kişi axtarışa verilib

19.05.2022

Bakının Nizami küçəsində "Gəzən heykəl”ə şillə vuran şəxs axtarışdadır.

Bu barədə "gəzən heykəl”i canlandıran Pərviz Abdullayev məlumat verib.

O, hadisənin təfərrüatlarını belə nəql edib:

"Hadisə mayın 15-də olub. Həmişə olduğu kimi şəhərin mərkəzi küçəsində çıxış edirdim. Anidən bir kişi gəldi, vurdu və getdi. Heç bir reaksiya vermədim. Eləcə işimə davam etdim.

Polisə müraciət etmişəm. Adam axtarışdadır. Sərxoş olduğu bəlli deyil. Kimliyi barədə də heç bir məlumat yoxdur”.

Qeyd edək ki, sözü gedən hadisənin görüntüləri sosial şəbəkələrdə geniş müzakirə olunub. Görüntülərdə orta yaşlı kişi heykəl adam obrazında pantomim nömrələri ilə çıxış edən və bu bacarığına görə də hər kəsin diqqətini cəlb edən gənc aktyora şillə vurub.