09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Azərbaycanlı tələbələr İsrailin kənd təsərrüfatı təcrübəsi ilə tanış olacaqlar

19.05.2022

Azərbaycandan olan tələbələr bu ilin avqustunda İsrailin kənd təsərrüfatı sahəsindəki təcrübəsini öyrənmək üçün adıçəkilən ölkəyə səfər edəcəklər.

Bu barədə İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forer məlumat verib.

"İsrailin aqrar sektorunu, xüsusən də quraq rayonlarda kənd təsərrüfatının necə aparıldığını, kənd təsərrüfatı məhsullarını necə yetişdirdiyimizi və bu sahədə xüsusi texnologiyalardan necə istifadə etdiyimizi canlı görmək üçün bir il müddətinə İsrailə gələcək 50 tələbə ilə görüşdük”, - nazir deyib.

O.Forer vurğulayıb ki, bərpa edilməli olan böyük ərazini nəzərə alsaq, hazırda Azərbaycanın qarşısında böyük imkanlar açılır: "İsrail kənd təsərrüfatının inkişafında maraqlı olan Azərbaycanın gənc nəslinin yetişdirilməsinə bilik və təcrübəsi ilə kömək edə bilər".