29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Putin onları ordu rəhbərliyindən qovub

19.05.2022

Rusiya ordusunda Ukraynada döyüş meydanında uğursuzluqlara görə yüksək komandanlıq kütləvi şəkildə işdən çıxarılır.

Bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

"Son həftələrdə Rusiya Ukraynaya müdaxilənin ilkin mərhələlərində zəif çıxış etdiyi güman edilən yüksək səviyyəli komandirləri işdən çıxarıb. Rusiya hərbi sistemində ört-basdır və günah keçisi axtarmaq mədəniyyəti geniş yayılıb”, - məlumatda deyilir.

Məlumata görə, elit 1-ci qvardiya tank ordusuna komandanlıq edən general-leytenant Sergey Kisel Xarkovu almadığı üçün işdən uzaqlaşdırılıb:

"Rusiya Qara dəniz donanmasına komandanlıq edən vitse-admiral İqor Osipov aprel ayında "Moskva” kreyserinin batmasından sonra uzaqlaşdırılıb. Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimovun vəzifəsində qalacağı ehtimalı var, lakin Putinin ona güvəndiyi bəlli deyil”.