29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Meksikada avtobus qəzaya uğrayıb, 14 nəfər ölüb, 20 nəfər yaralanıb

19.05.2022

Meksikanın qərbində yerləşən Xaliko əyalətində avtobusun divara çırpılması nəticəsində 14 nəfər ölüb, 20 nəfər yaralanıb.

"DM” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Xalisko əyalətinin Mülki Müdafiə Xidməti bildirib.

Məlumata görə, qəza zamanı avtobusun içərisində fəhlələr olub.

Belə ki, avtobusun əyləc sistemi işləməyib və sürücü idarəetməni itirərək avtobusu yol kənarındakı divara çarpıb.

Nəticədə sürücü də daxil olmaqla 14 nəfər ölüb, 20 nəfər yaralanıb.

Ölənlərin sayının artacağı ehtimal olunur.