05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Oded Forer: “Azərbaycan və İsrail KT sahəsində əməkdaşlıq planı üzərində işləyir”

19.05.2022

"Azərbaycan və İsrail arasında kənd təsərrüfatı sahəsində əsas fəaliyyətləri əks etdirəcək əməkdaşlıq planının imzalanması planlaşdırılır".

Bunu İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forer bildirib.

"Plan yaxın bir neçə ay ərzində hazırlanmalıdır. Buğda, həyata keçirməyi planlaşdırdığımız planın yalnız bir hissəsidir”, - nazir deyib.

O, kənd təsərrüfatına yararlı torpaqları və həmin torpaqlarda becəriləcək bitkilərin öyrənilməli, daha sonra Azərbaycan və İsrailin birlikdə icra edəcəkləri planın tərtib edilməli olduğunu vurğulayıb.

"İsrail rəqabətli bazar yaratmaq və ölkə vətəndaşlarının meyvə-tərəvəz xərclərini azaltmaq istəyir”, - O.Forer açıqlayıb.