05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Belarusda terrora cəhd edənlər edam olunacaq

18.05.2022

Belarus Prezidenti Aleksandr Lukaşenko terrora cəhd edənlərin ölüm cəzasını nəzərdə tutan qanuna dəyişikliyi təsdiqləyib.

Bu barədə məlumat Belarus hüquqi informasiyalar portalında dərc olunub.

Beynəlxalq iğtişaş və ya müharibə yaratmaq məqsədilə xarici dövlətin və beynəlxalq təşkilatın nümayəndəsini öldürməyə cəhd, atom enerjisi obyektlərindən istifadə etməklə radioaktiv, nüvə materiallarından, kimyəvi, bioloji maddələrdən istifadə etməklə beynəlxalq terror aktı törədən, terror aktına cəhd, hakimiyyətin qərar qəbul etmə prosesinə təsir göstərmək və ictimaiyyəti qorxutmaq məqsədilə, ictimai fəaliyyətlə əlaqədar dövlət, ictimai xadimi öldürməyə cəhd edənlər də ölüm cəzasına məhkum edilə bilər.

Dəyişiklik Belarus Cinayət Məcəlləsində rəsmi dərc edildikdən 10 gün sonra qüvvəyə minəcək.