05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Milli Məclisin komitələrinin Şuşada keçiriləcək birgə iclasının gündəliyi açıqlanıb

18.05.2022

Milli Məclisin Gənclər və idman və Ailə, qadın və uşaq məsələləri komitələrinin Şuşada keçiriləcək birgə iclasının gündəliyi açıqlanıb.

"DM"-nın xəbərinə görə, mayın 21-də keçiriləcək toplantının gündəliyinə iki məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. Azərbaycan Respublikasında 2022-ci ilin "Şuşa ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli Sərəncamına uyğun olaraq, gənclərin və ölkəmizi yarışlarda təmsil edən idmançıların maarifləndirilməsi.

2. Qarabağ tarixində ailə dəyərləri və qadın hüquqları.