09 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

30 ildən sonra aclıq olacaq

18.09.2018

"Dövran Medi” Regnuma istinadən xəbər verir ki, 30 ildən sonra Yer üzündə Böyük Səhradan cənuba doğru 90% yoxsulluq son həddə çatacaq. Sürətli demoqrafik artım Afrikada ekstremal yoxsulluğun artmasına səbəb olur. 
Bill və Melinda Geyts Fondunun tədqiqatçılar bu qənaətə gəliblər ki, 2050-ci ilədək Böyük Səhradan cənubda yerləşən ölkələrdə ifrat yoxsulluq 90% təşkil edəcək. Bu məlumat WELT qəzetində çap edilib. Bəşəriyyəti aclıq və yoxsulluqla mübarizədə ciddi uğursuzluqlar gözləyir. Demoqrafik tendensiya belədir: ən çox uşaq sağlam və məhsuldar həyatın yaşanması çətin olan yerlərdə doğulur, ona görə də dünyada yoxsul insanların sayı artmaqdadır.
İndiyədək Fond 2000-ci ildən 1 mlrd. insanın ekstremal yoxsulluq şəraitindən xilas olmasını müsbət təsir kimi qeyd olıb. Gündə 1,9 dolları olan həddən artıq kasıb hesab olunur. Son iki onillikdə tərəqqi dalğası əvvəlcə Çindən, sonra isə Hindistandan keçir. İndi Afrika əhalisinin yüksək templə artımı yoxsulluğun bu qitədə cəmlənməsinə səbəb olub. 2050-ci ilədək 90% ekstremal yoxsul insanlar səhra regionunda cəmlənəcək və onların yarısı iki ölkə - Nigeriya və Konqo Demokratik Respublikasına olacaq.