03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya “S-500”ləri silahlanmaya qəbul edib

18.05.2022

Rusiya Silahlı Qüvvələri S-500 zenit-raket komplekslərini silahlanmaya daxil etməyə başlayıb.

Bu barədə Rusiya baş nazirinin müavini Yuri Borisov məlumat verib.

Onun sözlərinə görə, S-500-lər, həmçinin "Tor”, "Buk”, S-300, S-350 və S-400 zenit-raket kompleksləri dünya bazarında ən çox tələb olan hərbi təyinatlı məhsullardır.

Ballistik, qanadlı raketləri, habelə aerodinamik hədəfləri tuta bilən S-500 "Prometey”in məhvetmə radiusu təxminən 600 kilometrdir. Hava hücumundan müdafiə sistemi kosmosda obyektləri, o cümlədən hipersəs raketlərini məhv etməyə qadirdir.

Mənbə: RBC