25 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ruslar Mariupolu "kadırovçular”a vermək istəyirlər

17.05.2022

Çeçenlər müvəqqəti işğal edilən Mariupolun şərti "bərpasının kuratoru” olacaqlar.

Bu barədə Mariupol merinin müşaviri Petr Andryuşenko məlumat yayıb.

"Rus hərbçilərinin Mariupolda nə planlaşdırdıqları və şərti olaraq "bərpa kuratorunun” kimin olacağı tədricən aydınlaşır. Bu, Çeçenistandır. Müqavimətçiləri qorxutmaq üçün şəhərin "kadırovçular”a verilməsi planlaşdırılır. Onlar oranı talan da edə bilərlər”, - o bildirib.

Andryuşenko qeyd edib ki, artıq məlumat qismən təsdiqlənib:

"Çeçen siyasətçiləri artıq şəhərin işğalçıları ilə görüşüblər. Bu gün Mariupolda ilk dəfə olaraq Dövlət Dumasının deputatı Dmitri Sablinin iştirakı ilə çeçen hakimiyyətinin üzvləri olan Adam Delimxanov və Əhməd Dolqayevlə işçi görüşü keçirilib. Çeçenistanın siyasi iqtidarı qeyd edib ki, onlar Mariupolun bərpası planlarını müzakirə ediblər”.