16 04 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Şəntop: "Problemlərimizi həll etmək üçün birgə hərəkət etməliyik"

17.05.2022

"Azərbaycanda olmaqdan məmnunluq hissi duyuram. İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransı ölkələrimizin inkişafı üçün çox vacibdir”.

Bu fikirləri Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.

Onun sözlərinə görə, Türkiyə olaraq parlamentlərarası münasibətlərin gücləndirilməsinə böyük önəm verirlər: "Problemlərimizi həll etmək üçün birgə hərəkət etməliyik”.

"Pandemiya həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrə təsir göstərib. Bu təsir hələ də davam edir. Miqrasiya, yoxsulluq təhdidə çevrilib. Ukraynadakı müharibənin təsiri altında ərzaq problemi üzə çıxıb”.