09 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

18 sentyabr - Milli Musiqi Günü

18.09.2018

Milli Musiqi Günü münasibətilə ilk konsert Milli Konservatoriyada olub.
Azərbaycan Milli Konservatoriyasında 18 sentyabr - Milli Musiqi Günü münasibətilə konsert proqramı təqdim olunub."Dövran Media”AZƏRTAC-a istinadən xəbər verir ki, konsertdən əvvəl çıxış edən konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi Milli Musiqi Gününün əhəmiyyətindən söz açıb.O, bu günün dahi bəstəkar Üzeyir Hacıbəylinin adı ilə bağlı olduğunu söyləyib. Görkəmli bəstəkarın zəngin həyat və yaradıcılığından danışmaqla yanaşı, onun milli Azərbaycan musiqisinin inkişafındakı xidmətlərini xüsusi qeyd edib.S.Kərimi bütün musiqiçilərə bu ənənələrə sadiq qalmağı tövsiyə edib.
Mədəniyyət naziri Əbülfəs Qarayev bayram münasibətilə musiqisevərləri təbrik edib, Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının əhəmiyyətindən, bu tədbirin ölkəmizin dünyada musiqi diyarı kimi tanınmasındakı rolundan bəhs edib. Bildirilib ki, Üzeyir Hacıbəyli, həm də pedaqoji fəaliyyətlə də məşğul olub. O, musiqi irsimizin tədqiqi ilə yanaşı, gənc milli kadrların yetişməsində, irəli çəkilməsinə xüsusi önəm verib. Bir sözlə, onun milli musiqimizin inkişafındakı xidmətləri əvəzsizdir.
Sonra Azərbaycan Milli Konservatoriyasının tələbə orkestri və tələbə xoru konsert proqramı ilə çıxış edib.