23 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukrayna Kommunist Partiyasının fəaliyyəti qadağan edilib

17.05.2022

"Biz Ukrayna Kommunist Partiyasının qadağan olunması haqqında məhkəmənin, apellyasiya məhkəməsinin qərarını ötən həftə almışıq”.

"DM” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukraynanın ədliyyə naziri Denis Malyusk mayın 17-də bildirib.

Onun sözlərinə görə, 2015-ci ildə Ukraynada kommunist ideologiyası, simvollarının qadağan olunması haqqında qanun qəbul edilib: "Ancaq bu da Kommunist Partiyasının bağlanmasını sürətləndirməyə yardım etmədi. 2015-ci ildən başlayan 7 illik məhkəmə prosesi artıq keçmişdir”.

Məlumata görə, mayın 14-də Ukrayna Prezidenti Volodimir Zelenski "rusiyayönümlü” partiyaların qadağan olunması haqqında qanunu imzalayıb. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarına əsasən, "Həyat uğrunda - Müxalifət platforması”, Şari Partiyası, "Bizim”, "Müxalifət bloku”, "Sol Müxalifət”, Sol Qüvvələr Birliyi, "Dövlət”, Ukrayna Sosialist Tərəqqi Partiyası, Ukrayna Sosialist Partiyası, "Sosialistlər” və "Vlaidimir Saldo bloku” rusiyayönümlü təşkilatlar siyahısına daxil edilib.