23 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nazir Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

17.05.2022

Zəngəzur dəhlizi regionun bütün ölkələri üçün nəqliyyat sahəsində yeni imkanlar yaradacaq.

"DM" Trend-ə istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Aİ-Azərbaycan biznes forumunda deyib.

Onun sözlərinə görə, təkcə yol və infrastruktur tikintisi sahəsində deyil, həm də sosial infrastruktur obyektlərinin yaradılması sahəsində işlər aparılır:

"Dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi üçün Azərbaycan hökuməti tərəfindən müvafiq layihələr təqdim olunur. Həmçinin Zəngəzur dəhlizi təkcə ölkəmiz üçün deyil, həm də regionun digər dövlətləri üçün nəqliyyat sahəsində yeni imkanlar yaradacaq. Ağdam sənaye zonası və Araz vadisi iqtisadi zonası azad edilmiş ərazilərin inkişafının sürətlənməsi üçün imkanlar yaradır".