09 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Əsəd qüvvələri Rusiya təyyarəsini VURDU

18.09.2018

Rusiyanın Suriyadakı İl-20 hərbi təyyarəsini Suriyanın hökumət qüvvələrinə məxsus hava hücumundan müdafiə sistemləri vurub.
"Dövran Media" xəbər verir ki, bu məlumatı CNN televiziyası ABŞ hökumətindəki etibarlı mənbələrinə istinadən yayıb. Məlumata görə, Suriya hərbçiləri İsrail aviasiyasının Latakiya vilayətinə olan hücumunun qarşısını almaq istərkən təsadüfən içərisində 14 rusiyalı hərbçinin olduğu rus təyyarəsini vurublar. Maraqlıdır ki, Rusiya təyyarəsi məhz bir neçə il öncə Kremlin suriyalılara satdığı hava hücumundan müdafiə sistemi ilə məhv edilib.
Artıq Rusiya Müdafiə Nazirliyi faktı təsdiqləyib. Nazirlik İsrailin F-16 təyyarələrinin İl-20-nin yanında gizləndiyi üçün Suriya HHM sistemləri tərəfindən vurulduğunu bildirib.
Qeyd edək ki, dünən Rusiya Müdafiə Nazirliyinin İl-20 təyyarəsi Aralıq dənizinin Suriya sahillərində yoxa çıxıb. Moskva təyyarənin İsrail və Fransa hərbçiləri tərəfindən vurula biləcəyini iddia edib. Moskva həmçinin dünən yaydığı açıqlamada təyyarənin Əsəd qüvvələri tərəfindən vurulduğuna inanmadığını deyib.