19 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

TBMM sədri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

17.05.2022

İqtisadi Əməkldaşlıq Təşkilatı Parlament Assambleyasının iclası ilə bağlı Bakıda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bu gün Fəxri xiyabanda Ümumimlli lider Heydər Əliyevin məzarını ziyarət edib.

"DM"-nın xəbərinə görə, daha sonra Mustafa Şentop Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət edib. Türkiyə parlamentinin sədri bildirib ki, Türk millətinin igid övladları 104 il əvvəl bu torpaqları öz Vətənləri kimi qorumaq üçün azərbaycanlı qardaşlarımızla birlikdə çiyin-çiyinə şəhidlik məqamına ucalıblar:

"İstiqlal və hürriyət uğrunda canınızı fəda etdiniz. Qanlarınızla suvardığınız bu torpaqlarda yetişən gənc fidanlar bu gün yeni iradə və mənəviyyatla bu gün Sizlərin əlində yüksələn bpyrağı daha da ucalığa çaldırmağa çalışırlar. Sizin şəxsiniz uzun illər sonra 44 günlük Vətən müharibəsində ölkələrini işğaldan azad etməkdə Azərbaycan əsgərlərinə də işıq tutdu, əzm və güc verdi. Biz də Sizlərin mirasını ürəyində yaşadan qüdrətli Türk millətinin təmsilçiləri olaraq müqəddəs əmanətinizə sahib çıxmaq üçün buradayıq. Ortaq tarix, şüur və qardaşlıq uğrunda bu diyarlara qəbirlərinizlə basdığınız möhür daimi qalacaq. Əziz xətriniz keçmişdə olduğu kimi gələcəkdə də nəsillərimizə yol göstərəcək”.