03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakı muzeylərində bu tədbirlər keçiriləcək

16.05.2022

18 May Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycanda bir sıra muzeylər tədbir proqramı ilə çıxış edəcək.

"DM" Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, mayın 17-si saat 14:00-da Bülbülün Memorial Muzeyində Bülbül adına orta ixtisas musiqi məktəbinin konserti baş tutacaq. Həmin gün eyni saatda, Abdulla Şaiqin mənzil muzeyində "Yaxşı arxa” adlı kukla tamaşası nümayiş olunacaq. Saat 17:00-da isə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi "Şuşa musiqiçiləri” adlı sərgini təqdim edəcək.

Mayın 18-də Azərbaycan Milli İncəsənət Muzeyində (saat 10:00) "Muzeydə gecə” adlı tədbir, Azərbaycan İstiqlal Muzeyində (12:00) "Könlüm keçir Qarabağdan” adlı konsert proqramı, Abdulla Şaiqin mənzil muzeyində (14:00) "Danışan eksponatlar rəqəmsal təqdimatda” adlı tədbir keçiriləcək. Elə həmin gün saat 18:00-da Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində "Xan qızı” adlı teatrallaşdırılmış ədəbi-bədii kompozisiyanın təqdimatı baş tutacaq.