03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukraynalı partizanlardan xəbərdarlıq: Xerson tezliklə azad ediləcək

16.05.2022

Ukraynanın Rusiya tərəfindən ələ keçirilmiş Xerson şəhərində ukraynalı partizanlar fəallaşmağa başlayıblar.

Bu barədə sosial şəbəkələrdə bir çox məlumatlar yayılıb.

Ukraynalı partizanlar bir çox ərazilərdə Xersonun tezliklə azad ediləcəyi barədə vərəqələr yayırlar.

Şəhərin küçələrində işğalçılara ünvanlanan vərəqələr getdikcə daha da çoxalır. Onların üzərində aşağıdakı sözlər yazılıb:

"Diqqət! Rus dünyası sağlamlıq üçün təhlükəlidir!”;

"Silahlar əldədir - qələbə bizimdir”.

Həmçinin yerli partizanlar elektrik dirəklərinə və digər obyektlərə Ukrayna gerbini də çəkirlər.

Mənbə: Unian.net