03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya İranla nüvə sazişinin bərpasının yekun mərhələsini açıqlayıb

16.05.2022

Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpasına dair qərarların sadalandığı sənəd yekunlaşmaq mərhələsindədir. İranla nüvə sazişinin bərpası ilə bağlı mövcud mətn Rusiya tərəfini qane edir və gündəmdə yalnız siyasi məsələlər qalır. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Bundan əvvəl Ağ Evin mətbuat katibi Cen Psaki İranın hərəkətlərini Tehranla nüvə sazişinin əldə olunmasına ən böyük maneə adlandırıb. Psakinin sözlərinə görə, ABŞ İran hakimiyyətini müqavilənin tez bir zamanda bərpa edilməsində maraqlı olub-olmadığı barədə qərar verməyə çağırıb.

"İndi iş İranın qərarına qalır”, – deyə o vurğulayıb.

Mənbə: RİA Novosti