03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İsveç və Finlandiya Türkiyənin bu tələbini rədd edib

16.05.2022

NATO üzvü olmaq istəyən İsveç və Finlandiya FETÖ və PKK terrorçularını Türkiyəyə təhvil vermir.

"DM" xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, İsveç və Finlandiya Türkiyənin ekstradisiyasını tələb etdiyi FETÖ və PKK üzvü olan 33 terrorçudan heç birini təhvil verməyib.

Ekstradisiya tələblərindən 19-u rədd edilsə də, 5-i cavabsız qalıb.

Hazırda 2-si Finlandiya və 7-si İsveç olmaqla, 9 ekstradisiya sorğusu üzrə proses davam edir.

Qeyd edək ki, Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv olmasına veto qoyacağını bildirib.