03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakının 5 təklifinə İrəvanın cavabındakı 2 nüans

16.05.2022

Azərbaycanın 5 bəndlik təklifinə Ermənistan tərəfinin cavabında iki mühüm nüans var.

Bunu gürcü politoloq Gela Vasadze deyib.

Ekspertin sözlərinə görə, Ermənistan Azərbaycanın təkliflərinə cavab verdiyini düşünür:

"Ermənistan tərəfinin cavabında ilk baxışda hər şey normal görünür - sabah otur, müqavilə imzala. Amma bir nüans, hətta iki nüans var.

Birincisi, "status” sözünün xatırladılmasıdır. Əgər ayrılmadan söhbət gedirsə, onda ərazi bütövlüyü ilə nə etmək lazımdır? Ümumiyyətlə, hansı statusdan söhbət gedir?

İkincisi də Minsk Qrupunun xatırladılmasıdır. Məhz Minsk Qrupunun həmsədrləri çətin ki, yaxın gələcəkdə danışıqlar masasına əyləşsinlər. İndi ABŞ və hətta Fransanın Rusiya ilə danışıqlar masasına oturacağını təsəvvür etmək mümkün deyil. Bu danışıqlar Brüsselin kurasiyası altında keçirilərsə, uğurlu alınacaq, Moskvanın kurasiyası altında keçirilərsə, əminliklə deyə bilərik ki, uzun çəkəcək”.