03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Gürcüstan “Avroviziya” təşkilatçılarına etirazını bildirib

16.05.2022

Gürcüstan "Avroviziya - 2022” mahnı müsabiqəsinin təşkilatçılarına etirazını bildirib.

Bu barədə Gürcüstanın Birinci kanalından bildirilib.

Etiraza səbəb Gürcüstanın milli münsiflər heyətinin Ukraynanın xeyrinə səsverməsinin nəticələrinin dəyişdirilməsidir.

"Hazırda Avropa Yayım Birliyində (EBU) araşdırma aparılır. Nəticələrin yaxın zamanlada elan ediləcəyini gözləyirik”, - İctimai yayımçının məlumatında deyilir.

Qeyd edək ki, Gürcüstanın milli münsiflər heyəti Ukrayna təmsilçisinə 12 xal verib. Lakin müsabiqə təşkilatçıları efirdə 6 rəqəmini səsləndiriblər, 12 bal isə Böyük Britaniyaya verilib.

EBU-dan bildirilib ki, Gürcüstan da daxil olmaqla 6 ölkənin səsverməsi ilə bağlı düzgün olmayan sxemlər müəyyən edilib və bu səbəbdən milli münsiflər heyətlərinin səsverməsinin nəticələri şübhəli kimi tanınıb.