04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İran parlamentinin sədr müavini Azərbaycana gəlib

16.05.2022

İran İslam Şurası Məclisinin (parlament) sədr müavini Əli Nikzadın rəhbərlik etdiyi nümayəndə heyəti mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfər edib.

"DM"-nın xəbərinə görə, səfər zamanı İranın vitse-spikeri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovla görüşəcək. Görüşdə qarşılıqlı əlaqələrin inkişaf perspektivləri müzakirə ediləcək.

Daha sonra Əli Nikzad və nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) Parlament Assambleyasının 3-cü sessiyasında iştirak etmək üçün Naxçıvandan Bakıya yola düşəcək.

İran parlamentinin sədr müavini Azərbaycana 2 günlük səfəri zamanı bir sıra ikitərəfli görüşlər də keçirəcək.