29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zelenskidən qələbə açıqlaması

15.05.2022

Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynanın İtaliyanın Turin şəhərində keçirilən "Avroviziya-2022” mahnı müsabiqəsində qələbəsinə münasibət bildirib.

"DM" xəbər verir ki, Zelenski sosial şəbəkədəki paylaşımında ukraynalıların cəsarətinin dünyanı heyran etdiyini qeyd edib.

"Cəsarətimiz dünyanı heyran edir, musiqimiz Avropanı fəth edir! Gələn il Ukrayna "Avroviziya”ya ev sahibliyi edəcək! Tarixində üçüncü dəfədir. Və inanıram - sonuncu deyil.

Biz əlimizdən gələni edəcəyik ki, bir gün "Avroviziya” iştirakçılarını və qonaqlarını Ukraynanın Mariupol şəhərində qəbul edək. Azad, dinc, yenidən qurulmuş!

"Kaluş” qrupunu qalib edən və bizə səs verən hər kəsə təşəkkür edirik!

Əminəm ki, düşmənlə döyüşdə qələbə akkordumuz uzaqda deyil”, - deyə vurğulayıb.