29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nurdinjon İsmayılov Bakıya gəlib

15.05.2022

Mayın 15-də Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmayılovun başçılıq etdiyi parlament nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Özbəkistan parlament nümayəndə heyətini Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov, hər iki ölkənin səfirləri Hüseyn Quliyev, Bahrom Aşrafxanov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Özbəkistan nümayəndə heyəti ölkəmizdə bir sıra rəsmi görüşlər keçirəcək, İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak edəcək.

Rəsmi səfər mayın 19-da başa çatacaq.