28 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukrayna DİN: “Rusiya genişmiqyaslı müharibənin üçüncü mərhələsinə daxil olub”

14.05.2022

"Rusiya Ukraynada genişmiqyaslı müharibənin üçüncü mərhələsinə qədəm qoyub və uzunmüddətli döyüşə hazırlaşır”.

Bu barədə Ümumukrayna telemarafonunun efirində ölkənin daxili işlər nazirinin müşaviri Viktor Andrusiv məlumat verib.

O qeyd edib ki, birinci mərhələ Ukraynanı "bir neçə günə ələ keçirmək cəhdi”, ikincisi - Ukrayna Müdafiə Qüvvələrinin şərqdə geniş mühasirəyə alınmasıdır.

Andrusiv həmçinin bildirib ki, işğalçılar sərhədlərin müdafiəsinə hazırlaşmağa başlayıblar:

"İndi üçüncü mərhələ başlayıb – onlar dayandıqları xətlərin müdafiəsinə hazırlaşmağa başlayıblar. Bu, onların müharibəni çox uzunmüddətli müharibəyə çevirmək qərarına gəldiklərini göstərir... Onlar ümid edirlər ki, müharibənin yaradacağı böhranlar Qərbi onlarla danışıqlar masası arxasına oturtmasına səbəb olacaq və Qərb bizi nəyəsə dəyişməyə çalışacaq”.

Mənbə: UNİAN