28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İranda narazı xalq “Bəsic” qüvvələrinin bazasını yandırıb

13.05.2022

İranda son qiymət artımına etiraz olaraq Çaharmahal və Bəxtiyari əyalətlərində xalq ayağa qalxıb. Cunəqan şəhərində isə hökumətin yarıtmaz siyasəti əleyhinə müxtəlif şüarlar səsləndirən sakinlər "Bəsic” qüvvələrinin bazasına hücum edərək yandırıblar.

Bu barədə "Azad İran” "Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, bazada İİR dövlət bayrağına od vurulub, lövhələr, qapı və pəncərələr sındırılıb.

Bundan başqa, Cunəqan şəhərinin imam-cüməsinin ofisi də narazı insanlar tərəfindən dağıdılıb.

Etirazçılar "Rəisiyə ölüm!”, "Xameneiyə ölüm!”, "Xomeneiyə lənət!”, "Diktatora ölüm!” və "Lənətə gəlmiş mollalar!” kimi müxtəlif şüarlar səsləndiriblər.

Hüquq mühafizəçiləri aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib, həmçinin havaya atəş açıblar.

Son məlumatlara görə, təhlükəsizlik qüvvələri aksiya iştirakçılarının həbsinə başlayıb.

Bundan başqa, şəhərdə internetin verilişi məhdudlaşdırılıb.