27 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çavuşoğludan Parisə xəbərdarlıq

13.05.2022

Missiyaları qorumaq üçün məsuliyyət ev sahibi ölkənin üzərinə düşür. Biz Fransanın konkret addımlarını görmək istəyirik.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Parisdə Türkiyə Baş Konsulluğuna edilən hücumla bağlı danışarkən deyib.

"Lazımi əlaqələri qurduq. Gözləntilərimizi Fransanın Ankaradakı müvəqqəti işlər vəkilinə açıq şəkildə bildirdik. Belə bir hücumun təkrarlanmaması üçün lazımi tədbirlər görmələrini xatırlatdıq", - Çavuşoğlu bildirib.

Qeyd edək ki, dünən Fransanın paytaxtı Parisdə Türkiyə Baş Konsulluğuna əldəqayırma partlayıcı predmet atılıb.