28 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə işğaldan azad olunan ərazidə müəssisə yaradır

13.05.2022

Türkiyə ilə Azərbaycan arasında meşə yanğınları ilə mübarizə sahəsində hazırlanmış əməkdaşlıq protokolu müzakirə edilib.

İstanbulda Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Veysəl Tiryaki ilə keçirilən görüşdə iki ölkə arasında meşə yanğınları ilə mübarizə sahəsində əməkdaşlığa dair danışıqlar aparılıb.

Tiryaki Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi tərəfindən Cəbrayıl rayonunda tikintisi planlaşdırılan "Meşəçilik Tədris Mərkəzi və Tinglik Müəssisəsi” üçün də işlərə başlanıldığını bildirib.

Mənbə: Anadolu