09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Kiyevdə daha 37 mülki şəxsin meyiti tapılıb

13.05.2022

Kiyev vilayətinin Motıjin və Yasnoqorodka kəndləri arasındakı 7 km-lik yolda 37 nəfərin meyiti tapılıb.

"DM" xəbər verir ki, bu barədə "Voll Strit Jurnal” məlumat yayıb.

Qeyd olunur ki, ölənlər mart ayı ərzində Rusiya hərbçilərinin atəşə tutması nəticəsində ərazini tərk etməyə cəhd edən mülki şəxslərdir.

Jurnalistlər avtomobil qeydiyyatçılarının videoyazısını öyrənib, hadisə şahidləri ilə danışıb və yola bitişik ərazini araşdırıblar. Onlar belə qənaətə gəliblər ki, rus qoşunları yolu minaatanlardan atəşə tutub. Güzgülərində ağ sarğılı və "Uşaqlar” yazısı olan əzilmiş mülki avtomobillərdən başqa, yolda güllə yarası almış mülki şəxslərin meyiti də tapılıb.