22 05 2022-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
22/05/2022
21/05/2022
20/05/2022

Türkiyə İrana cavab verib

12.05.2022

Tikdiyimiz bəndlərin son vaxtlar İranda baş verən qum və toz fırtınalarının yaratdığı ekoloji problemlərə səbəb olması və Tehranda hava çirkliliyinin pik həddə çatması ilə bağlı iddialar İran mediasında geniş şəkildə işıqlandırılır və məsələ siyasətçilər tərəfindən də gündəmə gətirilir.

"DM" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç deyib.

"Coğrafiyamızda Türkiyədəki bəndlərin qum və toz fırtınalarına səbəb olduğu iddiaları elmilikdən uzaqdır. Qum və toz fırtınaları əsasən təbii hadisədir və bu bütün dairələr tərəfindən qəbul edilir. Türkiyə və İrana təsir edən qum və toz fırtınalarının əsas səbəbi dünyanın ən mühüm iki toz mənbəyi olan Afrika və Yaxın Şərqdən gələn səhra tozlarıdır.

Su məsələsinə sırf humanitar prizmadan yanaşan Türkiyə hesab edir ki, transsərhəd sular sahilyanı ölkələr arasında münaqişə deyil, əməkdaşlığın elementidir. Ölkəmiz aşağı axın ölkələrinin ehtiyaclarını nəzərə alan, beynəlxalq hüquqa sayğı ilə yanaşan bir anlayışla hərəkət edib və bundan sonra da bu anlayışı qoruyub saxlamağa davam edəcək.

Türkiyə bu məsələdə İranla istənilən rasional və elmi əməkdaşlığa açıqdır”, - T.Bilgiç bildirib.