03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

NATO qoşunları Sankt-Peterburq yaxınlığında yerləşdirilə bilər

12.05.2022

Finlandiya NATO-ya daxil olarsa, Alyansın qoşunları Sankt-Peterburq yaxınlığında yerləşə bilər. Bu barədə Çin Müdafiə Nazirliyinin Təhlükəsizlik üzrə Beynəlxalq Əməkdaşlıq Mərkəzinin keçmiş rəhbəri, baş polkovnik Çjou Bo açıqlama verib.

"Finlandiya NATO-ya daxil olarsa, çox güman ki, Alyansın qoşunları Sankt-Peterburqdan iki addımlıq məsafədə olacaq”, – deyə o bildirib.

Çinli polkovnik NATO-nu Moskvanın müvafiq məsələ ilə bağlı mövqeyini ciddi qəbul etməyə çağırıb. Onun fikrincə, Alyans nə qədər populyarlaşarsa, Avropanın təhlükəsizliyi bir o qədər azalmış olar.

"Əgər NATO-nun əsas qorxusu Rusiyanın taktiki nüvə silahlarını işə salmasıdırsa, onda Vladimir Putini qıcıqlandırmaq nəyə lazımdır? Avropanın indi artıq tarixə qovuşan təhlükəsizliyi yalnız Rusiya ilə əməkdaşlıq şərtlərində təmin oluna bilər”, – deyə Bo qeyd edib.

Məsələ ilə bağlı Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev qeyd etmişdi ki, əgər İsveç və Finlandiya Alyansa qoşulsalar, o zaman Alyansın Rusiya ilə quru sərhədlərinin uzunluğu iki dəfədən çox artacaq.

Mənbə: The Economist