28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiyadan Ukraynaya kütləvi raket hücumları gözlənilir

12.05.2022

Rusiya bütün raketdaşıyıcılarını Ukrayna sərhədlərinə çəkib. Kütləvi raket hücumları gözlənilir.

Bu barədə "Daily Express” öz mənbələrinə istinadla xəbər verib.

Bu səbəbdən sakinlərdən həyəcan siqnallarına diqqətli olmaq istənilib.

Bundan başqa, Ukraynanın "Cənub” operativ komandanlığının məlumatına görə, Rusiya gəmiləri ən azı 50 raketi zərbəyə tam hazır vəziyyətdə saxlayır. Qeyd edək ki, mayın 9-da Ukrayna Müdafiə Nazirliyi Rusiyanın Qara dənizdəki qanadlı raket daşıyıcılarının sayının 7-yə çatdırıldığını bildirib (əvvəl 3 idi).

Yeri gəlmişkən qeyd edək ki, Belarus Müdafiə Nazirliyi Ukrayna ilə sərhəddə "xüsusi əməliyyat qüvvələri”nin yerləşdirildiyini açıqlayıb. Britaniya kəşfiyyatı bundan əvvəl Belarusun may ayında hərbi təlimlər keçirəcəyini xəbər vermişdi. Onların sözlərinə görə, təlimlər qrafik üzrə keçirilsə də Rusiya bundan Ukrayna qoşunlarını şimalda saxlamaq və onların Donbas uğrunda döyüşmək üçün hərəkət etməsinə maneə olmaq üçün istifadə edə bilər.