28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çexiya vətəndaşının Ukrayna ordusuna qoşulmasına icazə verilib

11.05.2022

Çex Respublikasının Prezidenti Miloş Zeman Ukrayna Silahlı Qüvvələrinə qoşulmaq istəyən 103 Çexiya vətəndaşına rəsmi icazə verib.

"DM" "Radio Prague International"a istinadən xəbər verir ki, bu barədə hökumət sözçüsü deyib.

O bildirib ki, Baş nazir Petr Fiala da qərarı imzalayıb.

Baş nazir Fiala mart ayında bildirmişdi ki, o və prezident Rusiyaya qarşı Ukraynada döyüşmək üçün icazəyə görə müraciət edən Çex Respublikası vətəndaşlarının cəzasız qalması barədə razılığa gəliblər.

Qeyd edək ki, digər hallarda başqa dövlətin ordusuna qoşulmaq Çexiya qanunlarına görə cinayət sayılır.