27 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Səhiyyə nazirindən həkimlərlə bağlı yeni ƏMR

11.05.2022

Səhiyyə naziri Teymur Musayev "Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin, peşə səriştəsinin yoxlanılması, eləcə də müvafiq maarifləndirmə işlərinin aparılması barədə” əmr imzalayıb.

Əmrə əsasən, müvafiq şəxslərin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması üçün imtahan keçiriləcək.

Sözügedən imtahanın keçirilməsi qaydası barədə nazirliyin kollegiya qərarının layihəsi bir ay müddətində hazırlanacaq.

İmtahanın keçirilməsi üçün lazım olan imtahan proqramı və suallar toplusu 3 ay müddətində hazırlanaraq Kadr məsələləri üzrə Komissiyaya təqdim ediləcək.

Əmrin icrasına nəzarəti nazir öz üzərinə götürüb.