30 04 2024-cu il Bakı 26 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Anna Malyar: "Ukrayna müharibənin birinci mərhələsində üstünlük əldə edə bilib"

11.05.2022

"Ukrayna müharibənin birinci mərhələsində üstünlük əldə edə bildi”.

"DM” "RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

"Rusiya ordusu öz tapşırıqlarını yerinə yetirə bilmədi və ciddi itki verdi. Odur ki, savaşın ilk mərhələsi Ukraynanın qələbəsi ilə başa çatdı. Rusiya əsas məqsədlərinə nail ola bilmədi” - o, bildirib.

Malyarın sözlərinə görə, birinci mərhələdə Ukrayna Silahlı Qüvvələri qarşı tərəfə nisbətən həm şəxsi heyətin, həm də texnikanın sayına görə üstün olub.

O bildirib ki, Rusiya qoşunlarının Ukraynanın paytaxtından və şimal vilayətlərindən çıxması, şərq və cənub bölgələrində cəmləşməsi ilə müharibənin birinci mərhələsi başa çatıb.

Qeyd edək ki, daha əvvəl Ukrayna Prezident ofisi aprelin 18-dən etibarən savaşların ikinci mərhələsinin başlandığını elan etmişdi.