30 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ruslar belə hücum edir, “Azovstal” təslim olmur

11.05.2022

Rusiya qoşunları mühasirədə olan Mariupolda "Azovstal” zavodunu bombardman etməyə davam edir.

"DM" xəbər verir ki, bu barədə Azov alayı məlumat yayıb.

"Son gün ərzində Mariupolun müdafiəçiləri tərəfindən qorunan "Azovstal” zavodunun ərazisinə 38 uçuş həyata keçirilib, o cümlədən 4 strateji bombardmançı təyyarə uçuşu olub. Düşmən top artilleriyası, tanklar və s. texnika ilə hücum həyata keçirir. Ruslar Ukrayna qalasını ələ keçirmək cəhdlərini dayandırmır və piyadaların dəstəyi ilə gündəlik hücumlarını davam etdirir”, - məlumatda deyilir.

Azov alayının kəşfiyyatçısı İlya Samolenko bildirib ki, onun bölməsi ruslara təslim ola bilməz:

"Çünki onun Mariupolda "Azovstal”ın müdafiəsini saxlamaq əmri var və o, əmri poza bilməz”.