30 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukraynanın 20 hektarlıq adası niyə qan çanağına dönüb?

11.05.2022

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başladıqdan sonra ən çox diqqətdə olan ərazilərdən biri də Zmeyni adasıdır. Ukraynanın bu adası elə hücumun başladığı ilk gündə - fevralın 24-də Rusiyanın nəzarəti altına keçib. Müharibənin başlamasından bu yana Moskva həmin ərazini strateji baxımdan vacib sayaraq, burada mövqelərini gücləndirməyə davam edir. Ancaq adaya Ukrayna vaxtaşırı zərbələr endirir, rus ordusu burda itkilər versə də, geri addım atmır.

Maraqlıdır, 20,5 hektarlıq ada niyə bu qədər vacibdir?

"DM"Zmeyni adası ilə bağlı maraqlı faktları təqdim edir:

- 19-20 əsrlərdə Dunay çayının güclü axını mütəmadi olaraq adaya çay ilanlarını atdığı üçün əraziyə "İlan (Zmeyni) adası” adı verilib;

- Moskva buradan gəmilərin Dunay çayının deltasına və Qara dənizin şimal-qərb akvatoriyasına keçməsinə nəzarət edə bilir;

- Zmeyni yerli və xarici turistlər üçün 1998-ci ildən qapalıdır, adaya və onun ərafının 500 metr radiusuna Ukrayna hökuməti tərəfindən qadağa tətbiq olunub;

- Adada cəmi 50 nəfər yaşayır;

- Qədim yunan əsatirinə görə, ada ilahə Fetida tərəfindən oğlu Axillin şərəfinə dənizin dibindən qaldırılıb. Ada haqqında hətta Strabon və Heradot məlumat verib. Adada Axill məbədi belə inşa edilib, lakin sonradan qalıqlarından mayak qurulub;

- Ada Osmanlı imperiyasına mənsub olub. 1828-1829-ci illərdə baş vermiş müharibənin nəticəsində ərazi rusların əlinə keçib;

- Krım müharibəsindən sonra ada Rumıniya ərazisi elan edilib;

- 1944-cü ilin aprelində ada Sovet qüvvətləri tərəfindən tutulub. 23 may 1948-ci il qərarı ilə ada SSRİ ərazisi elan edilib. SSRİ dağılandan sonra əraziləlin bölünməsi nəticəsində Ukraynaya verilib;

- 2007-ci ildə adada yerləşən Bile yaşayış yeri qəsəbə statusu alıb, bu addım Rumıniya tərəfindən etiraza səbəb olub.