30 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Finlandiya “Faberlic”in hesablarına həbs qoyub

11.05.2022

Finlandiya Aİ-nin sanksiyalarına əsasən, "Moskovskiy Komsomolets”in (MK) baş redaktoru Dmitri Qusev və Dövlət Dumasının deputatı Aleksey Neçayevin təsis etdikləri "Faberlic” şirkətinə qarşı məhdudiyyətlər tətbiq edib.

Fevralın 22-də Dövlət Dumasının digər deputatları kimi, Neçayev də Prezident Vladimir Putinin "DNR” və "LNR”in müstəqilliyinin tanınması təklifini dəstəkləyib. Bundan sonra Aİ Dumanın bütün deputatlarını sanksiyalar siyahısına daxil edib.

Bu qərar isə Finlandiyanın ayrıca sanksiyalar tətbiq etməsi ilə nəticələnib.

Mayın 4-də məhkəmə icraçısı "Faberlic”in ölkədəki ödənişlərinə qadağa qoyub və şirkətin Finlandiya bankı hesabındakı vəsaitlərinə həbs tətbiq edib.

"Təcrübədə bu o deməkdir ki, Rusiya şirkəti öz pullarını gözləyən dörd Finlandiya nümayəndəsinə ödəniş edə bilməyəcək”, – deyə bununla bağlı açıqlama verilən mənbələrdə bildirilir.

Burada söhbət əsasən bir neçə yüz avroluq məbləğlərdən gedir və görünür, bu məbləğə "Faberlic”in şəbəkə marketoloqlarının qonorarları daxildir.

Aprelin sonunda hakimiyyət orqanları həmçinin "Moskovskiy Komsomolets”in baş redaktoru və sahibi Pavel Qusevə qismən məxsus olan iki obyektin də fəaliyyətini dayandırıb.

Aİ həmçinin ona qarşı da sanksiyalar tətbiq edib və bunu "MK”nın Kremlin Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan və ya təhdid edən hərəkətlərini dəstəkləməsi ilə əsaslandırıb.

Mənbə: TASS