02 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kuçma: Tramp Kiyevdən üzr istəməlidir

17.09.2018

ABŞ Prezidenti Donald Tramp Kiyevdən Budapeşt Memorandumunu imzalayanların onu aldatdığı üçün üzr istəməlidir.
"Dövran Media" xəbər verir ki, bu sözləri Ukraynanın keçmiş prezidenti Leonid Kuçma deyib.
"Ukraynanı aldadıblar, Şimali Koreya isə nüvə silahı olmadan heç nəyə dəyməz. Tramp üzr istəyərək təkcə Kiyev üçün deyil, bütün Avropa və dünya üçün qorxulu olan bu məsələdə Ukraynaya daha fəal şəkildə yardım etməyə hazır olduğunu bildirməlidir”, - eks-prezident vurğulayıb.
Qeyd edək ki, Budapeşt Memorandumu 5 dekabr 1994-cü ildə Ukrayna, Rusiya, ABŞ və Böyük Britaniya liderləri arasında imzalanıb. Bu sənədə əsasən, Ukrayna nüvə silahından imtina edib, əvəzində isə bu dövlətlər Ukraynanın təhlükəsizliyinə təminat veriblər.