28 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Britaniya :“Bayraqdar” təchizat gəmilərini vurub

11.05.2022

Zmeynı adasında döyüşlər davam edir. Ukrayna "Bayraqdar” PUA-ları ilə Rusiyanın hava hücumundan müdafiə və təchizat gəmilərini vurub. Rusiyanın təchizat gəmiləri "Moskva” raket kreyserinin itirilməsindən sonra Qara dənizin qərbində minimal müdafiəyə malikdir.

"DM" xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.

Məlumata görə, Rusiyanın adada qarnizonu gücləndirmək cəhdləri Ukraynaya rus qoşunları ilə döyüşmək və texnikanı məhv etmək üçün daha çox imkanlar verir. Rusiya strateji qanadlı raketlər, hava hücumundan müdafiə sistemləri və sahil müdafiəsi ilə adadakı mövqeyini gücləndirsə, Qara dənizin şimal-qərbində hökmranlıq edə bilər.