28 04 2024-cu il Bakı 25 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə səfirliyinin nümayəndələri Heydər Əliyevin məzarını ziyarət ediblər

10.05.2022

Türkiyənin Azərbaycandakı səfirliyi müasir, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb. Diplomatik nümayəndəlik bu münasibətlə Fəxri xiyabanda xalqımızın ümummilli liderinin məzarını ziyarət edib.

Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı bununla bağlı özünün "Twitter” hesabında paylaşım edib.

"Müstəqil, qüdrətli və müasir Azərbaycanın qurucusu və ümumi lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümündə onun əziz xatirəsini ehtiramla yad etdik. Türkiyə və Azərbaycanın əlaqələri onun "bir millət iki dövlət” anlayışı ilə müstəsna səviyyəyə və möhkəm zəminə çatıb”, - deyə diplomat tvitində bildirib.