28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Litva Seymi Rusiyanı terrorçu dövlət kimi tanıyıb

10.05.2022

Litva Seyminin qəbul etdiyi qətnamədə Rusiyanın Ukraynaya təcavüzü soyqırımı kimi tanınıb.

"Kreml rejimi Ukrayna xalqını məhv etməyə çalışır, ona görə də bu cür hərəkətlər soyqırımı kimi tanınmalıdır. Rusiya terrorizmi dəstəkləyən və həyata keçirən dövlətdir”.

Seymin 128 deputatı müvafiq qətnaməni yekdilliklə qəbul edib.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələri və muzdluları Ukrayna ərazisində, xüsusilə Buça, İrpen, Mariupol, Borodyanka və Qostomel şəhərlərində kütləvi hərbi cinayətlər törədiblər.

Qeyd edilir ki, məqsəd Ukrayna xalqını tam və ya qismən məhv etməklə ruhunu sındırmaqdır.

"Seym Rusiya Federasiyası Silahlı Qüvvələrinin və onun siyasi və hərbi rəhbərliyinin Ukraynaya qarşı 2022-ci il fevralın 24-də başlanmış genişmiqyaslı silahlı təcavüzünü Ukrayna xalqının soyqırımı kimi tanıyır”, - deyə vurğulanır.

Həmçinin qeyd olunub ki, bütün günahkarlar məsuliyyətə cəlb edilməli və beynəlxalq ictimaiyyət Rusiyanın suveren Ukraynaya qarşı təcavüzünü araşdırmaq və qiymətləndirmək üçün Xüsusi Beynəlxalq Cinayət Tribunalını yaratmalıdır.

Eyni zamanda bildirilir ki, Rusiya Federasiyasının Silahlı Qüvvələri qəsdən və sistemli şəkildə mülki obyektləri bombardman etdiyi üçün terrorçuluğu dəstəkləyən və həyata keçirən dövlətdir.