25 08 2025-cu il Bakı 31 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

"Alpinistlər 10-15 metr qarın altındadır" - Polkovnik

04.01.2018

Onlar uçquna düşüb, hardasa 10-15 metr qarın altındadırlar.

Bu sözləri itən alpinistlərin axtarışı ilə məşğul olan qərargahın rəhbəri polkovnik Şahin Mirzəyev xeber365.com-a açıqlamasında deyib. O bildirib ki, ümumiyyətlə, qarda bir neçə saat hərəkətsiz qaldıqda insan donur:

"Aydın məsələdir ki, donublar orada. Biz özümüz orada yarım saat, bir saat hərəkətsiz qalsaq, bədənimiz donar. Ancaq dediyim kimi, biz ümidimizi üzmürük. Sizi əmin edirəm ki, vicdanla, canla-başla axtarışlarımızı davam etdiririk”.

Ş.Mirzəyev qeyd edib ki, indidən konkret söz demək çətindir: "Allahın möcüzəsi olur”.

Qeyd edək ki, "Gilavar" hava və ekstrim idman klubunun üzvü olan 3 alpinist - Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadə 23 dekabr 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxıb, ancaq geri qayıtmayıb.

Dekabrın 26-dan onların axtarılması istiqamətində işlər aparılır. /Axar.az/