25 08 2025-cu il Bakı 28 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Musayev karantin rejiminin tamamilə ləğv olunması ilə bağlı təkliflərə münasibət bildirib

10.05.2022

Səhiyyə naziri Teymur Musayev Azərbaycanda xüsusu karantin rejiminin tamamilə ləğv olunması ilə bağlı təkliflərə münasibət bildirib.

"DM"-nın məlumatına görə, nazir jurnalistlərə açıqlamasında deyib ki, bu məsələdə tələsmək olmaz.

O xatırladıb ki, qapalı məkanlarda maska istifadəsi tələbi artıq ləğv olunub, lakin bəzi məhdudiyyətlər qalıb: "Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, payız aylarında ayıq-sayıq olmalıyıq. Şərt o deyil ki, hər hansı sıçrayış olsun. Çünki koronavirusun yeni ştamları meydana çıxır. Gələcəkdə də yeni mutasiyaların olub-olmayacağını bilmədiyimiz üçün bir qədər gözləməyi xahiş edirəm".