29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukraynalılara yeni təhlükə barədə xəbərdarlıq edilib

10.05.2022

Bu gün Ukraynada kimya sənayesi obyektlərində təxribat törədilməsi istisna edilmir.

"DM" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının rəsmi Feysbuk səhifəsində bildirilib.

"Ukraynanın hər yerində mülki və hərbi infrastruktur obyektlərinə raket zərbələri endirmə ehtimalı yüksək olaraq qalır. Eyni zamanda, Ukraynanın kimya sənayesi obyektlərində təxribat törədilməsi ehtimalı istisna edilmir”, - məlumatda vurğulanıb.

Qeyd olunub ki, Rusiya Donetsk və Luqansk vilayətlərinin ərazisində tam nəzarəti təmin etmək və bu ərazilərlə işğal olunmuş Krım arasında quru dəhlizini saxlamaq üçün Ukraynanın şərqində hücum əməliyyatları həyata keçirir.