02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Hikmət Hacıyev: Ulu öndərin vəsiyyəti həyata keçib

10.05.2022

Azərbaycan xalqının qəlbində ulu öndərin irsi yaşayır. Heydər Əliyevin fəaliyyəti məhz Azərbaycanın, ölkəmizin inkişafı, dövlətçiliyin gücləndirilməsi ilə bilavasitə bağlıdır.

"DM" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Ulu öndər fenomeninə yalnız Azərbaycan Respublikasının kontekstində yox, 200 il ərzində ölkəmizə qarşı hazırlanmış məkrli planlar çərçivəsində baxmaq lazım idi:

"İstər 19-cu, istər 20-ci yüzillikdə addım-addım ölkəmizə qarşı bu plan həyata keçirilirdi. Məhz Qarabağ hərəkatı, erməni lobbisi və dairələri tərəfindən Qarabağın işğalı da 1980-ci illərin sonunda, ulu öndərin SSRİ rəhbərliyindən uzaqlaşdırılmasından və ona qarşı məkrli planların həyata keçirilməsindən sonra başladı. Burada məkrli planı həyata keçirənlər hər şeyi çox yaxşı planlaşdırmışdılar, amma onlar iki şeyi nəzərə almamışdılar: rəhmətlik Heydər Əliyevin qətiyyəti və Azərbaycan xalqının əzmini! Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı və Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinin təməlləri qoyuldu. Ölkəmizin daxili siyasətinin inkişafı, xarici siyasət strategiyasının əsasları qoyuldu. O addımla da Azərbaycan dövləti yeni inkişaf mərhələsinə qədəm qoydu".

Prezidentin köməkçisi bildirib ki, Heydər Əliyevin yalnız yaşadığı dövrlə yox, özündən sonra qoyduğu siyasi irslə də yadda qaldı:

"Ulu öndər tərəfindən qoyulan siyasi irs bu gün də qorunub saxlanılır. Ulu öndər tərəfindən qoyulmuş bir vəsiyyət var idi, Qarabağın işğaldan azad olunması. 8 noyabr 2020-ci ildə Azərbaycan qəlbinin tacı olan Şuşa şəhəri işğaldan azad olundu. Cənab Prezident tərəfindən də xalqımıza, dünya azərbaycanlılarına müraciətdə məhz ata vəziyyətinin həyata keçirilməsini səsləndirdi"