02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukrayna Aİ-yə namizəd statusu almaq üçün anketin ikinci hissəsini doldurub

09.05.2022

Ukrayna Avropa İttifaqına namizəd statusu almaq üçün anketin ikinci hissəsini doldurub və onu Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə nümayiş etdirib.

"DM” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin teleqram kanalında bildirilib.

Məlumata görə, hadisə Ukraynanın dövlət başçısının avropalı siyasətçi ilə videokonfrans formatında görüşü zamanı olub.

Qeyd edək ki, fevralın 28-də Volodimir Zelenski Ukraynanın Avropa İttifaqına üzvlüyü üçün ərizə imzalayıb.

Aprelin 8-də Kiyevə səfəri zamanı Avropa Komissiyasının sədri fon der Lyayen Ukrayna Prezidentinə sorğu vərəqəsini təqdim edib ki, onun doldurulması Ukraynaya Aİ üzvlüyünə namizəd statusunun verilməsi üçün zəruri addımdır.