Qarqar çayının daşması nəticəsində Ağdamın kəndlərinə sel gəlib 
    
                          
     
                         09.05.2022
 
    
                        Qarqar çayının daşması nəticəsində Ağdamın kəndlərinə sel gəlib. Sel suları otlaq, əkin sahələrini və kənd məzarlığını basıb.
Daşqınlar əsasən çayın Ağdam rayon Əfətli kəndi ərazisindən keçən hissəsində olub. Həmçinin sel, sahə və qəbristanlıq yolunda qurulmuş körpünü də yuyub.
Daşqınlar baş verən əraziyə Ağdam Mexaniki Suvarma İdarəsinin texnikaları cəlb edilib. Baş verə biləcək digər fəsadların qarşısının alınması məqsədi ilə tədbirlər görülür.